ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfərindən sonra İsrail və İordaniyaya da gedəcək.
"Report"un məlumatına görə, bunu jurnalistlərə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Diplomat bildirib ki, Blinken ölkələrin hakimiyyət nümayəndələri ilə görüşlərdə Qəzza zolağında atəşkəsin təmin edilməsi səylərinə diqqət yetirəcək ki, bu da Fələstin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsinə, fələstinlilərə humanitar yardımın həcminin artırılmasına imkan verəcək.
Amerika diplomatiyası rəhbərinin təyyarəsi yanacaq doldurmaq üçün İrlandiyaya enib. Dövlət katibi Fələstin anklavında atəşkəsə nail olmaq səylərinə həsr olunmuş görüş üçün təyyarə ilə Səudiyyə Ərəbistanına uçub.