Blinken Senatın Finlandiya və İsveçin NATO-ya üzvlük ratifikasiyasını alqışlayıb

Blinken Senatın Finlandiya və İsveçin NATO-ya üzvlük ratifikasiyasını alqışlayıb “ABŞ Senatın Finlandiya və İsveçin NATO-ya üzvlük ratifikasiyasını alqışlayıram”.
Digər ölkələr
4 Avqust , 2022 08:31
Blinken Senatın Finlandiya və İsveçin NATO-ya üzvlük ratifikasiyasını alqışlayıb

“ABŞ Senatının Finlandiya və İsveçin NATO-ya üzvlük ratifikasiyasını alqışlayıram”.

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinkenin tviterində yazıb.

“Finlandiya və İsveç çoxdankı, möhkəm tərəfdaşlardır və mən transatlantik təhlükəsizliyə dair öhdəlik kimi NATO-nun digər üzvləri tərəfindən (bu ölkələrin alyansa üzvlüyünü-red) tez və tam təsdiqini gözləyirəm”, - Blinken qeyd edib.

ABŞ Konqresinin Senatı Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolların ratifikasiyası haqqında qətnamə qəbul edib. ABŞ qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa ölkə Prezidenti həyata keçirir, Senat buna razılıq verir. Bundan sonra dövlət başçısı Cozef Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb alyansa göndərməli olacaq. Bayden sənədi imzalayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi