Blinken: "Rusiya və ABŞ İranla nüvə anlaşmasının bərpasında maraqlıdır"

Blinken: "Rusiya və ABŞ İranla nüvə anlaşmasının bərpasında maraqlıdır" Moskva və Vaşinqton İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenidən qurulmasında maraqlıdır.
Digər ölkələr
7 Oktyabr , 2021 02:37
Blinken: Rusiya və ABŞ İranla nüvə anlaşmasının bərpasında maraqlıdır
Entoni Blinken

Moskva və Vaşinqton İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenidən qurulmasında maraqlıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığının məzmununu şərh edərkən deyib.

Blinken qeyd edib ki, nüvə razılaşmasını tam şəkildə bərpa etmək üçün tərəflər arasında qarşılıqlı inam mühiti formalaşmalıdır.

Qeyd edək ki, Lavrovla Blinken arasında telefon danışığı dünən ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Aprel ayından başlayaraq Vyanada Tehranla beynəlxalq "beşlik" (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında İranın nüvə sazişinin bərpası üçün danışıqlar aparılır. Tərəflər ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi, həmçinin ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmasını müzakirə edirlər.

Son xəbərlər

Orphus sistemi