Blinken gələn həftə Çin Xalq Respublikasının Sədri ilə görüşəcək

Blinken gələn həftə Çin Xalq Respublikasının Sədri ilə görüşəcək ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.
Digər ölkələr
3 Fevral , 2023 06:18
Blinken gələn həftə Çin Xalq Respublikasının Sədri ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.

“Report”un məlumatına görə, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

ABŞ dövlət katibi fevralın 5-6-da Çin nümayəndələri ilə Ukraynadakı müharibəni müzakirə edəcək.

Beləliklə, Blinken son beş ildə Çin rəhbəri ilə görüşən ilk ABŞ dövlət katibi ola bilər.

ABŞ Dövlət Departamenti və Çinin Vaşinqtondakı səfirliyi məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, ABŞ-Çin münasibətləri son vaxtlar Tayvan, ticarət və COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib.

Son xəbərlər

Orphus sistemi