Blinken: "Cozef Bayden və Si Cinpinin yaxın vaxtda danışmaq imkanı olacaq"

Blinken: "Cozef Bayden və Si Cinpinin yaxın vaxtda danışmaq imkanı olacaq" ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Cinpinin qarşıdakı həftələrdə danışmaq imkanı olacaq.
Digər ölkələr
11 İyul , 2022 04:24
Blinken: Cozef Bayden və Si Cinpinin yaxın vaxtda danışmaq imkanı olacaq

ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Cinpinin qarşıdakı həftələrdə danışmaq imkanı olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tailandın paytaxtı Banqkokda mətbuat konfransı zamanı bildirib.

“Sədr Si və Prezident Baydenə gəlincə, biz onların yaxın həftələrdə danışmaq imkanının olacağını gözləyirik və payızda nə baş verə biləcəyini deyə bilmərəm”, - deyə dövlət katibi noyabrda “G20” sammiti çərçivəsində iki lider arasında mümkün görüşün olub-olmayacağına dair sualı cavablandırarkən deyib.

Son xəbərlər

Orphus sistemi