Bişkekdə icazəsiz mitinqlə bağlı cinayət işi açılıb

Bişkekdə icazəsiz mitinqlə bağlı cinayət işi açılıb Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi paytaxt Bişkekdə keçirilmiş icazəsiz mitinqin təşkilatçıları və fəalları barəsində “hakimiyyəti zorla ələ keçirmək cəhdi” maddəsi ilə cinayət işi başlayıb.
Digər ölkələr
3 Mart , 2020 13:57
Bişkekdə icazəsiz mitinqlə bağlı cinayət işi açılıb
EADaily

Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi paytaxt Bişkekdə keçirilmiş icazəsiz mitinqin təşkilatçıları və fəalları barəsində “hakimiyyəti zorla ələ keçirmək cəhdi” maddəsi ilə cinayət işi başlayıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, paytaxt bələdiyyəsi isə iğtişaşlar və koronavirus təhlükəsi ilə bağlı şəhərin mərkəzində mitinqlərə qadağa qoyulması üçün məhkəməyə müraciət edəcəklərini açıqlayıb.

Qeyd edək ki, ötən gün Bişkek şəhərinin mərkəzindəki Alatoo meydanında girov götürmək üstündə 11 il həbs cəzasına məhkum edilmiş keçmiş millət vəkili Sədir Japarovun tərəfdarları mitinq keçiriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2 minə yaxın aksiya iştirakçısı S.Japarovu azadlığa buraxmaq tələbi irəli sürərək Prezident Administrasiyası və parlament binalarına tərəf yürüşə başlayıb.

DİN-in açıqlamasında axşam aksiya iştirakçılarını dağıtmağa başlayan polislə toqquşma zamanı 2 polisin xəsarət aldığı, aksiya iştirakçılarından 166 nəfərin saxlandığı, onlardan 162-nin sənədləri yoxlamasından sonra sərbəst buraxıldığı bildirilir. Aksiya dağıdıldıqdan sonra isə 20-dən çox təşkilatçı və fəal iştirakçı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi