Bişkekdə aksiyaçılar sabiq baş naziri həbsdən azad ediblər

Bişkekdə aksiyaçılar sabiq baş naziri həbsdən azad ediblər Bişkekdə etirazçılar Qırğızıstanın sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər.
Digər ölkələr
6 Oktyabr , 2020 06:03
Bişkekdə aksiyaçılar sabiq baş naziri həbsdən azad ediblər
Sapar İsakov

Bişkekdə keçirilən etiraz aksiyasının iştirakçıları Qırğızıstanın sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun vəkili Zamir Jooşev bildirib.

"Sapar İsakov bu gün azad edilib. O, azadlıqdadır", - Jooşev deyib.

İsakov Atambayevin hakimiyyəti dövründə Nazirlər Kabinetinə başçılıq edib. O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. 

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) respublikanın keçmiş Baş naziri Sapar İsakovu muzeyin yenidən qurulması zamanı dövlət büdcəsinə 1,4 milyon ABŞ dolları məbləğində zərər vurmaqda ittiham edib.

Ölkə parlamenti 2017-ci ilin yekunlarına görə, Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı İsakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Ölkə tarixində ilk dəfə hökumətə etimad göstərilməyib. 

Son xəbərlər

Orphus sistemi