Birləşmiş Ştatlarda azyaşlı ad günündə güllələnib

Birləşmiş Ştatlarda azyaşlı ad günündə güllələnib ABŞ-ın Mayami şəhəri ətrafında üçyaşlı oğlan silahlı cinayətkarın açdığı atəş nəticəsində həlak olub
Digər ölkələr
28 Aprel , 2021 08:27
Birləşmiş Ştatlarda azyaşlı ad günündə güllələnib

ABŞ-ın Mayami şəhəri ətrafında üçyaşlı oğlan silahlı cinayətkarın açdığı atəş nəticəsində həlak olub.

“Report” xəbər verir ki, bu barədə “CBS News” bildirib.

Qeyd edilir, hadisə azyaşlının üç yaşını tamam etdiyi gün baş verib.

Məlumata görə, silahlı şəxs Elayja LaFransı güllələyərək, onun evinə 60 dəfədən çox atəş açıb.

Uşağı yaralı vəziyyətdə xalası aşkarlayıb. LaFrans xəstəxanaya çatdırılıb, lakin az sonra ölüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb. Onun vəziyyəti normaldır.

Polis hadisə yerindən qaçaraq gizlənmiş cinayətkar barədə istənilən məlumatı verən şəxsə 15 000 ABŞ dolları məbləğində mükafat vəd edib.

Son xəbərlər

Orphus sistemi