ABŞ-da atışma zamanı 1 nəfər öldürülüb, 13 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-da atışma zamanı 1 nəfər öldürülüb, 13 nəfər yaralanıb - YENİLƏNİB ABŞ-da atışma olub.
Digər ölkələr
18 İyun , 2021 05:30
ABŞ-da atışma zamanı 1 nəfər öldürülüb, 13 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-ın Arizona ştatının Finiks şəhərində atışma zamanı 1 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Polisin yaydığı məlumata görə, atəş azı 8 yerdə avtomobildən açılıb. Bu hadisələrin bir-biri ilə bağlı olub-olmaması hələ məlum deyil.

Yaralılar hamısı xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan bəziləri atışmanın baş verdiyi yerdə qeydə alınan avtomobil qəzaları nəticəsində xəsarət alıblar.

Polis atışmada şübhəli bilinən şəxsi saxlayıb.

03:42

ABŞ-da atışma olub.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisə Arizona ştatının Finiks şəhərində qeydə alınıb. İnsident nəticəsində 9 nəfər yaralanıb. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, atışma bir neçə yerdə baş verib. Bu hadisələrin bir-biri ilə bağlı olub-olmaması hələ məlum deyil.

Polis atışmada şübhəli bilinən şəxsi saxlayıb.

Son xəbərlər

Orphus sistemi