Birləşmiş Ştatlar Hindistanla əlaqələri möhkəmləndirir

Birləşmiş Ştatlar Hindistanla əlaqələri möhkəmləndirir “Amerika Birləşmiş Ştatları ilə Hindistan arasındakı əlaqələr dünyanın bir çox probleminin həllinə kömək edə bilər”.
Digər ölkələr
25 Sentyabr , 2021 03:42
Birləşmiş Ştatlar Hindistanla əlaqələri möhkəmləndirir

“Amerika Birləşmiş Ştatları ilə Hindistan arasındakı əlaqələr dünyanın bir çox probleminin həllinə kömək edə bilər”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin Vaşinqtonda Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, ölkəsi Hindistanla güclü tərəfdaşlıq əlaqələrini inkişaf etdirəcək:

“Hazırda Amerika-Hindistan əlaqələri tarixində yeni bir səhifə açılır, tərəflər böyük beynəlxalq problemlərin həlli üçün fəal əməkdaşlığa başlayırlar. Bunların arasında hər şeydən əvvəl, yeni koronavirusun yaratdığı pandemiya, iqlim böhranı, Hind və Sakit Okeanı bölgələrində sabitliyin təmin edilməsidir”.

Son xəbərlər

Orphus sistemi