​Birləşmiş Ərəb Əmirliyi həlak olan 45 əsgərinə 3 gün yas tutacaq

​Birləşmiş Ərəb Əmirliyi həlak olan 45 əsgərinə 3 gün yas tutacaq ABŞ-ın dövlət katibi Con Kerri əmirlikdən olan həmkarı Abdullah ben-Zaid əl-Nahayanuya telefonla baş sağlığını çatdırıb
Digər ölkələr
5 Sentyabr , 2015 12:03
​Birləşmiş Ərəb Əmirliyi həlak olan 45 əsgərinə 3 gün yas tutacaq

Bakı.5 sentyabr. REPORT.AZ/ Bu gündən Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) 3 günlük matəm elan olunub.

"Report" xəbər verir ki, bu haqda "WAM" dövlət agentliyi məlumat yayıb.

Xəbərə görə, dövlət bayrağı endirilib, məlumata əsasən, 3 gün matəm mərasimləri keçiriləcək.

BƏƏ hakmiyyətinə Misir, Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş, Küveyt, İordaniya, Bəhreyn, Yəmən və başqa dövlətlərin liderləri baş sağlığı verib. Bir müddət əvvəl isə ABŞ-ın dövlət katibi Con Kerri əmirlikdən olan həmkarı Abdullah ben-Zaid əl-Nahayanuya telefonla baş sağlığını çatdırıb.

Qeyd edək ki, ötən gün Yəmənin Marib əyalətinin qiyamçılar tərəfindən raket atəşinə tutulması nəticəsində BƏƏ-nin 45 əsgəri həyatını itirib. 

İngilis versiyası UAE declare 3 day mourning

Son xəbərlər

Orphus sistemi