Yuxarı

Birləşmiş Ərəb Əmirlikləri parlamentinə ilk dəfə qadın sədr seçilib

Ölkədə Federal Milli Şuraya ümumi seçkilər bu ilin oktyabrında keçirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasına ilk dəfə olaraq qadın sədr seçilib. BƏƏ-nin “WAM” rəsmi informasiya agentliyi bildirir ki, bu vəzifəni Amal əl-Kobeysi tutub.

BƏƏ-nin Federal Milli Şurası daha çox konsultativ funksiyaları olan qanunverici orqandır. Bu orqan 40 nəfərdən təşkil olunub. Onun yarısı birbaşa səsvermə, digər hissəsi isə yeddi əmirliyin hakimləri tərəfindən təyin edilir.

Ölkədə Federal Milli Şuraya ümumi seçkilər bu ilin oktyabrında keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi