Bir qrup silahlı İraq kürdü Suriyaya keçmək üçün Türkiyəyə gedib

Bir qrup silahlı İraq kürdü Suriyaya keçmək üçün Türkiyəyə gedib Təxminən 150 nəfərdən ibarət dəstə Kobanidə İŞİD yaraqlıları ilə döyüşmək niyyətindədir
Digər ölkələr
29 Oktyabr , 2014 12:32
Bir qrup silahlı İraq kürdü Suriyaya keçmək üçün Türkiyəyə gedib

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Peşmərgə" kürd özünümüdafiə qüvvələrindən ibarət 150 nəfərlik qrup Suriyanın Kobani şəhərində "İslam Dövlət" yaraqlıları ilə mübarizəyə yollanmaq üçün Türkiyəyə gediblər. 

"Report" ВВС-yə istinadən xəbər verir ki, qrupun bir hissəsi Türkiyəyə təyyarə ilə gedib. Silahları daşıyan digər qrup isə sərhədi quru yolu ilə keçiblər. 

Qeyd edək ki, bir müddət əvvəl yerli kürdlərin Türkiyə hökumətinə qarşı bir sıra etiraz aksiyalarından sonra Türkiyə İraq kürdlərinə Kobanidə İŞİD yaraqlıları ilə mübarizə aparmaq məqsədilə Suriyaya keçmək üçün öz ərazisindən istifadə etməyə razılıq verib.  

Son xəbərlər

Orphus sistemi