Bir il əvvəl yoxa çıxan təyyarənin qalıqları Hind okeanında aşkarlanıb

Bir il əvvəl yoxa çıxan təyyarənin qalıqları Hind okeanında aşkarlanıb St Denis şəhərindən cənubda tapılan hissə MH370 reysli təyyarənin qapısı ola bilər
Digər ölkələr
2 Avqust , 2015 16:31
Bir il əvvəl yoxa çıxan təyyarənin qalıqları Hind okeanında aşkarlanıb

Bakı. 2 avqust. REPORT.AZ/ Hind okeanında yerləşən Fransaya məxsus Reunion adasında Ötən ilin mart ayında yoxa çıxan Boeing-777 tipli sərnişin təyyarəsinə aid olduğu ehtimal olunan ikinci qalıq aşkarlanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, St Denis şəhərindən cənubda tapılan hissə MH370 reysli təyyarənin qapısı ola bilər.

Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 2014-cü ildə Kuala Lumpur-dan Pekinə uçarkən yoxa çıxmışdı. Həmin zaman təyyarədə 239 nəfər olub.

Reunion adasında daha əvvəl tapılan təyyarə parçası artıq ekspertiza üçün Fransaya göndərilib. Həmin hissənin itən təyyarənin qanadından qopduğu güman edilir.

Tapılmış əşyaların tədqiqatına çərşənbə günü başlanacağı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi