Binyamin Netanyahu Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib

Binyamin Netanyahu Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib Baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəlməsi barədə açıqlama yayıb.
Digər ölkələr
9 aprel 2019 20:13
Binyamin Netanyahu Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib
Binyamin Netanyahu

Baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəlməsi barədə açıqlama yayıb.

"Report" xəbər verir ki, Binyamin Netanyahu "Twitter" sosial şəbəkəsindəki açıqlamasında yazıb: " “Likud” partiyası başda olmaqla Sağ blok aşkar qələbə qazanıb. Mən, etimada görə İsrail vətəndaşlarına təşəkkür edirəm. Bu gün axşam bizim tərəfdaşlarla hökuməti yaratmağa başlayacağam"

Lakin parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrinə əsaasən İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə daha çox yer qazanıb. 

Son xəbərlər

Orphus sistemi