İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb

İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb Bakı. 8 fevral. REPORT.AZ/ İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Digər ölkələr
14674
8 Fevral , 2019 00:04
İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb

Bakı. 8 fevral. REPORT.AZ/ İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə İstanbul vilayətinin qubernatoru Əli Erlikaya NTV telekanalının efirində bildirib.

Məlumata görə, Cevizli ərazisindəki binada 43 nəfər yaşayır. Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. 

Qeyd edək ki, hadisə fevralın 6-da, İstanbul şəhərinin Maltepe rayonunda baş verib. Daha əvvəl bildirilirdi ki, İstanbulda yaşayış binasının çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib. 

Son xəbərlər

Orphus sistemi