Bill və Hillari Klintonlar pullu çıxışlardan 153 milyon dollar qazanıblar

Bill və Hillari Klintonlar pullu çıxışlardan 153 milyon dollar qazanıblar Klintonlar son 14 ildə ümumilikdə 729 dəfə çıxış ediblər
Digər ölkələr
7 Fevral , 2016 04:27
Bill və Hillari Klintonlar pullu çıxışlardan 153 milyon dollar qazanıblar

Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton son 14 ildə yalnız çıxışlarla 153 milyon dollardan çox pul qazanıblar.

"Report" TASS informasiya agentliyinə istinadla xəbər verir ki, həmin müddətdə Klintonlar ümumilikdə 729 dəfə çıxış ediblər. Bu çıxışların hər birinə görə onlara orta hesabla 210,8 min dollar ödənilib.

Hesablamanı aparan CNN telekanalının məlumatına əsasən, cütlük, həmçinin Goldman Sachs və UBS kimi bankların əməkdaşları qarşısında 39 çıxışa görə 7,7 milyon dollar qonorar alıb. Hillari Klintona 8 belə çıxışdan 1,8 milyon dollar qazanıb.

Son xəbərlər

Orphus sistemi