Bill və Hillari Klinton Trampın andiçmə mərasimində iştirak edəcək

Bill və Hillari Klinton Trampın andiçmə mərasimində iştirak edəcək Mərasim yanvarın 20-si Vaşinqtonda keçiriləcək
Digər ölkələr
4 Yanvar , 2017 00:53
Bill və Hillari Klinton Trampın andiçmə mərasimində iştirak edəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton ilə seçkilərdə qalib gəlmiş Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün Vaşinqtona gedəcək.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Klinton cütündən savayı mərasimə ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buş da həyat yoldaşı Lora ilə qatılacaq.

"The Hill" nəşri yazır ki, bunadək ölkənin 39-cu prezidenti Cimmi Karter də mərasimdə iştirak etmək niyyətində olduğunu bildirib.

Hazırda sağ olan ABŞ prezidentlərindən yalnız böyük Corc Buş (41-ci) səhhəti ilə əlaqədar olaraq mərasimə qatıla bilməyəcək.

Rəsmən 45-ci prezident olacaq Donald Trampın andiçmə mərasimi yanvarın 20-si Vaşinqtonda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi