Bill Klinton xəstəxanadan evə buraxılıb

Bill Klinton xəstəxanadan evə buraxılıb Qan zəhərlənməsi səbəbindən Kaliforniya ştatında xəstəxanaya yerləşdirilən ABŞ-ın keçmiş prezidenti Bill Klinton tibb mərkəzindən evə buraxılıb.
Digər ölkələr
17 Oktyabr , 2021 19:41
Bill Klinton xəstəxanadan evə buraxılıb

Qan zəhərlənməsi səbəbindən Kaliforniya ştatında xəstəxanaya yerləşdirilən ABŞ-ın keçmiş prezidenti Bill Klinton tibb mərkəzindən evə buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Klintonun nümayəndəsi Anxel Urenya özünün tvitterdəki hesabında yazıb.

O, əlavə edib ki, B. Klintonun temperature, ağ qan hüceyrələrinin sayı normallaşıb və antibiotik kursunu tamamlamaq üçün Nyu-Yorkdakı evinə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi