"Bild": Parisdə terror aktı törədən şəxslər silahı Almaniyadan alıblar

"Bild": Parisdə terror aktı törədən şəxslər silahı Almaniyadan alıblar Terror aktlarına aidiyyəti olan şəxslərin tutulması üçün Fransa, Belçika və Almaniyada axtarış-əməliyyat tədbirləri keçirilib.
Digər ölkələr
27 Noyabr , 2015 06:45
Bild: Parisdə terror aktı törədən şəxslər silahı Almaniyadan alıblar

Bakı. 27 noyabr. REPORT.AZ/ Parisdə noyabrın 13-də törədilən qanlı terror aktlarında iştirak edən şəxslər silahı internet vasitəsi ilə Almaniyadan alıblar.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Almaniya təhlükəsizlik orqanlarındaki mənbələrə əsaslanaraq tanınmış "Bild" qəzeti dərc edib.

Almaniyadaki silah tacirindən əsasən avtomatik silahlar alan terrorçular daha sonra Fransa paytaxtında 130 nəfəri qətlə yetiriblər.

Qeyd edək ki, terror aktlarına aidiyyəti olan bütün şəxslərin tutulması üçün Fransa ilə yanaşı Belçika və Almaniyada da axtarış-əməliyyat tədbirləri keçirilib.

Son xəbərlər

Orphus sistemi