Almaniyada Əfqanıstan qaçqını bıçaqla hamilə qadına hücum edərək ona xəsarət yetirib

Almaniyada Əfqanıstan qaçqını bıçaqla hamilə qadına hücum edərək ona xəsarət yetirib Bakı. 13 yanvar. REPORT.AZ/ Almaniyada Əfqanıstandan olan qaçqın bıçaqla hamilə qadına hücum edib.
Digər ölkələr
12 yanvar 2019 23:51
Almaniyada Əfqanıstan qaçqını bıçaqla hamilə qadına hücum edərək ona xəsarət yetirib

Bakı. 13 yanvar. REPORT.AZ/ Almaniyada Əfqanıstandan olan qaçqın bıçaqla hamilə qadına hücum edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Bad-Kroyçnah şəhərində, xəstəxanada baş verib.

Hadisə zamanı Polşadan olan 25 yaşlı hamilə qadın ağır xəsarət alıb, o, təcili olaraq əməliyyat edilib. Bıçaqlanmış qadının körpəsini xilas etmək mümkün olmayıb.

Hücumçu saxlanılıb. Hadisə ilə bağlı polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Daha əvvəl Almaniyada "Vulcanair" təyyarəsi qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi