Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var

Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var Livan Mülki Müdafiə Qüvvələrinin əməkdaşları hələ də yanğını söndürə bilməyiblər
Digər ölkələr
5 Avqust , 2020 12:43
Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda 10 xilasedici həlak olub.

“Report” Livan KİV-nə istinadən xəbər verir ki, bunu şəhərin qubernatoru Marvan Abbud bildirib.

11:24

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində meydana gələn yanğını söndürməyə cəlb edilən azı 10 yanğınsöndürən itkin düşüb.

“Report” xəbər verir ki, bunu şəhərin qubernatoru Marvan Abbud deyib. 

Onun sözlərinə görə, xilasedicilər hadisə yerinə 2 avtomobildə gediblər, onları 3 təcili tibbi yardım maşını müşayiət edib.

Qeyd olunub ki, Livan Mülki Müdafiə Qüvvələrinin əməkdaşları hələ də yanğını söndürə bilməyiblər.

Livanın səhiyyə naziri Həmid Həsən isə bildirib ki, itkin düşmüş yaxınlarını axtaranlardan çoxlu sayda zənglər gəlir.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Son xəbərlər

Orphus sistemi