Beyrutda qiymət artımına qarşı aksiya toqquşma ilə nəticələnib

Beyrutda qiymət artımına qarşı aksiya toqquşma ilə nəticələnib Bakı. 24 dekabr. REPORT.AZ/ Livanın paytaxtı Beyrut şəhərində bahalıq və sosial şəraitin pisləşməsinə qarşı keçirilən kütləvi etiraz nümayişi polislə toqquşmaya gətirib çıxarıb.
Digər ölkələr
24 Dekabr , 2018 01:33
Beyrutda qiymət artımına qarşı aksiya toqquşma ilə nəticələnib

Bakı. 24 dekabr. REPORT.AZ/ Livanın paytaxtı Beyrut şəhərində bahalıq və sosial şəraitin pisləşməsinə qarşı keçirilən kütləvi etiraz nümayişi polislə toqquşmaya gətirib çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al-Watania" agentliyi məlumat yayıb.

Polis dəstələri və ordu gözətçiləri mağaza vitrinlərinin dağıdıldığı və valyutadəyişmə məntəqələrinə hücum edildiyi Hamra ticarət küçəsində gənclərdən ibarət kütlənin qarşısını almaq üçün güc tətbiq edib.

Toqquşmalar Tabaris rayonunda və Bişara əl-Huri prospektində də baş verib.

Son xəbərlər

Orphus sistemi