68 il əvvəl ​Beynəlxalq Valyuta Fondu təsis edilib

68 il əvvəl ​Beynəlxalq Valyuta Fondu təsis edilib BVF 1947-ci ildə, II Dünya müharibəsindən sonra yaradılıb
Digər ölkələr
1 Mart , 2015 09:55
68 il əvvəl ​Beynəlxalq Valyuta Fondu təsis edilib

Bakı. 1 mart. REPORT.AZ/ 1 mart 1947-ci il tarixində Beynəlxalq Valyuta Fondu (BVF) öz fəaliyyətinə başlayıb.

"Report" xəbər verir ki, beynəlxalq əməkdaşlığa yardım göstərəcək və dünya valyutalarının stabilliyini təmin edəcək belə bir orqanın yaradılması ideyası II Dünya müharibəsinin sonunda yaranıb.

BVF-nin yaradılmasının təşəbbüskarları SSRİ və Varşava paktı ölkələri istisna olmaqla BMT-ni yaradan dövlətlər olub.

Fondun yaradılmsından sonra ilk kredit götürən ölkə isə Fransa olub. Borcun həcmi 28 milyon təşkil edib və vəsait müharibədən sonrakı bərpa işlərinə sərf olunub.

Hazırda dünyanın 188 ölkəsi BVF-nin üzvüdür.

Son xəbərlər

Orphus sistemi