Beynəlxalq qrupun müstəntiqləri "Boinq"in vurulmasında Rusiyanın əli olduğunu aşkarlayıb

Beynəlxalq qrupun müstəntiqləri "Boinq"in vurulmasında Rusiyanın əli olduğunu aşkarlayıb Təyyarənin vurulduğu "Buk" Zenit-Raket Kompleksi Ukraynaya Rusiyadan gətirilib
Digər ölkələr
28 Sentyabr , 2016 16:57
Beynəlxalq qrupun müstəntiqləri Boinqin vurulmasında Rusiyanın əli olduğunu aşkarlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Donbasda 2014-cü ilin iyul ayında "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq" təyyarəsinin vurulması işini araşdıran beynəlxalq qrup belə qənaətə gəlib ki, təyyarənin vurulduğu "Buk" Zenit-Raket Kompleksi Ukraynaya Rusiyadan gətirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə qrupun rəhbəri, hollandiyalı prokuror Fred Vesterbeke hadisə nəticəsində həlak olanların yaxınları ilə görüşdə məlumat verib.

Bundan əlavə, müstəntiqlər həlak olanların yaxınlarına Ukrayna Silahlı Qüvvələrinin laynerin vurulması ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Müstəntiqlər yaxın zamanda istintaqın işi ilə bağlı Haaqada yekun materialı təqdim etməlidir.

Ümumiyyətlə, beynəlxalq istintaq qrupunun tərkibinə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dəstəyi ilə fəaliyyət göstərən Hollandiya, Avstraliya, Malayziya, Belçika və Ukraynanın nümayəndələri daxildir. Qrupun gəldiyi qənaət cinayət təqibi üçün əsas ola bilər.

Xatırladaq ki, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Amsterdamdan Kuala-Lumpura uçuş həyata keçirərkən Ukraynanın cənub-şərq hissəsində vurulub. Nəticədə göyərtədə olan 298 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi