Bakı. 28 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus döyüş təyyarələrinin Yəməni bombalaması nəticəsində 68 nəfər ölüb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı BMT-nin İnformasiya Mərkəzi yayıb.
Bildirilib ki, koalisiya qüvvələri İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan və Yəmənlə Səudiyyə Ərəbistanı sərhədinə yaxın bölgəni bombalayıb.