Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr ez-Zor vilayətinin iki kəndinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə SANA agentliyi yerli mənbəyə istinadən məlumat yayıb.
"Beynəlxalq koalisiyanın Bu-Badran və As-Susa kəndlərinə endirdiyi hava zərbələri nəticəsində 23 dinc sakin həlak olub. Daha bir neçə ev dağılıb", - deyə agentlik bildirib.
Daha əvvəl 17 nəfərin həlak olduğu bildirilirdi.
Koalisiya qüvvələrinin noyabrın 10-da endirdiyi hava zərbəsi nəticəsində Hadjində 26 nəfər həlak olub.
***22:01
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya növbəti hava zərbəsi endirib.
Bu barədə "Report" SANA agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, zərbə Deyr-ez-Zoir vilayətinin Bu-Badran yaşayış məntəqəsinə endirilib. Zərbə nəticəsində azı 17 nəfər həlak olub.
Hadisənin təfərrüatı açıqlanmır.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri bir neçə gün əvvəl də Suriyaya hava zərbəsi endirib. Nəticədə 60-dan çox insan ölüb və yaralanıb.