Beynəlxalq koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində 17 dinc sakin həlak olub

Beynəlxalq koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində 17 dinc sakin həlak olub Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.
Digər ölkələr
16 Dekabr , 2018 23:31
Beynəlxalq koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində 17 dinc sakin həlak olub

Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

Bu barədə "Report" SANA agentliyinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, zərbə Hajin vilayətinə endirilib. Nəticədə 17 dinc sakin həlak olub.

Məlumata görə, zərbə zamanı daha 2 nəfər yaralanıb.

Bir neçə gün əvvəl də beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətinin Hacin şəhərinə hava zərbələri endirib. Nəticədə beş nəfər ölüb və daha bir neçə nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi