Yuxarı

​Beynəlxalq koalisiya Yəməndə xəstəxananı bombalayıb

Hava zərbələri əs-Savadiyyə rayonunda yerləşən Əş-Şahid Seyf əs-Savadi xəstəxanasına endirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılığı ilə beynəlxalq koalisiyaya məxsus hərbi təyyarələr Yəmənin əl-Bayda əyalətində fəaliyyət göstərən xəstəxanaya bomba zərbələri endirib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəbər mənbə tərəfindən yayılıb.

Hava zərbələri əs-Savadiyyə rayonunda yerləşən "Əş-Şahid Seyf əs-Savadi" xəstəxanasına endirilib. Nəticədə tibbi avadanlıq sıradan çıxıb, binaya ciddi ziyan dəyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi