Yuxarı
    Bağlamaq

    Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 23 hava zərbəsi endirib

    Hava zərbələri İŞİD-in Ramadi, Rakka, Mosul şəhərləri yaxınlığındaki mövqelərinə istiqamətlənib

    Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriya və İraqdaki mövqelərinə 23 hava zərbəsi endirib.

    "Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi məlumata görə, bunu koalisiya qüvvələrinin rəhbərliyi bəyan edib.

    Hava zərbələri İŞİD-in Ramadi, Rakka, Mosul şəhərləri yaxınlığındaki mövqelərinə istiqamətlənib.

    Xatırladaq ki, ABŞ və beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi