Beynəlxalq Əfv Təşkilatı Myanma liderinə verdiyi “Vicdan elçisi” mükfatını geri alıb

Beynəlxalq Əfv Təşkilatı Myanma liderinə verdiyi “Vicdan elçisi” mükfatını geri alıb Bakı. 13 noyabr. REPORT.AZ/ Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Myanma lideri Aun San Su Çjiyə verdiyi “Vicdan elçisi” mükafatını geri alıb.
Digər ölkələr
13 Noyabr , 2018 09:55
Beynəlxalq Əfv Təşkilatı Myanma liderinə verdiyi “Vicdan elçisi” mükfatını geri alıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Myanma lideri Aun San Su Çjiyə verdiyi “Vicdan elçisi” mükafatını geri alıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Kumi Naydun deyib.  

Təşkilat rəhbəri məktubunda bildirib ki, əvvəllər müdafiə etdiyi “dəyərlərə utanmazcasına xəyanət” etdiyi üçün Aun San Su Çjidən bu mükafat geri alınıb.

K.Naydu vurğulayıb ki, o, Myanmada insan hüquqlarını, bərabərliyi və ədaləti qorumaq üçün özünün siyasi və mənəvi nüfuzundan istifadı etməyib, myanmalı hərbçilərin rohiniya müsəlmanlarını qətlə yetirməsinin qarşısını almayıb.

Qeyd edək ki, Aun San Su Çji bu mükafata 2009-cu ildə layiq görülmüşdü.

 2017-ci il avqustun 25-də Myanmanın şimalında Arakan əyalətində yaşayan müsəlmanlara “silahlılara qarşı mübarizə” adı altında hərbçilərin hücumu artıb. Bölgədə humanitar fəlakət kəskin pisləşib. 

Son xəbərlər

Orphus sistemi