Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın sanksiyalarla bağlı təhdidinə cavab verib

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın sanksiyalarla bağlı təhdidinə cavab verib Bakı. 11 sentyabr. REPORT.AZ/ Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ABŞ-ın quruma qarşı sanksiya tətbiq etməsi ehtimalı haqqında bəyanatından narahat deyil.
Digər ölkələr
11 Sentyabr , 2018 13:04
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın sanksiyalarla bağlı təhdidinə cavab verib
AP
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ABŞ-ın quruma qarşı sanksiya tətbiq etməsi ehtimalı haqqında bəyanatından narahat deyil.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə MCM-nin bəyanatında deyilir.

"BCM 123 ölkə tərəfindən dəstəklənən qərəzsiz və müstəqil qurumdur. BCM qanuni məhkəmə olaraq, qanunun aliliyi ideyasına uyğun olaraq yorulmadan işini davam etdirəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ABŞ hərbçilərinin Əfqanıstanda insanlığa sığmayan cinayətlər törədilməsində iştirak edib-etməməsini araşdırmalarına görə ABŞ-ın BCM-ə sanksiyalar tətbiq edə biləcəyini söyləmişdi.

Son xəbərlər

Orphus sistemi