Beynəlxalq Cəza Məhkəməsi Qəddafinin oğlunun təhvil verilməsini istəyir

Beynəlxalq Cəza Məhkəməsi Qəddafinin oğlunun təhvil verilməsini istəyir "Liviya höküməti Seyfülislam Qəddafinin Avropada mühakimə olunmasına şərait yaradmalıdır"
Digər ölkələr
6 Noyabr , 2015 01:33
Beynəlxalq Cəza Məhkəməsi Qəddafinin oğlunun təhvil verilməsini istəyir

Bakı. 6 noyabr. REPORT.AZ/ Beynəlxalq Cəza Məhkəməsi Liviyanın keçmiş lideri Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafinin tezliklə təhvil verilməsini gözləyir.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, prokuror Fatu Bensuda bildirib ki, Liviya höküməti öz öhdəliklərinə əməl edərək haqqında edam cəzası çıxarılan Seyfülislam Qəddafinin Avropada mühakimə olunmasına şərait yaradmalıdır.

Qeyd edək ki, bu ilin iyul ayından Seyfülislam Qəddafi, Liviyanın keçmiş milli təhlükəsizlik naziri Abdullah əs-Sənusi və keçmiş baş nazir Başbakan əl-Bağdadi əl-Mahmudi haqqında edam cəzası çıxarılmışdı.

Adları çəkilən şəxslərlə yanaşı daha 7 nəfər “Qəddafinin devrildiyi 2011-ci ildəki üsyan zamanı etdikləri cinayətlərə görə” edam cəzasına məhkum edilmişdi.

Son xəbərlər

Orphus sistemi