Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəfat edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəfat edib Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano vəfat edib.
Digər ölkələr
22 İyul , 2019 11:30
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəfat edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano vəfat edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Daha əvvəl "Reuters" AEBA baş direktorunun 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğunu məlumat vermişdi.

72 yaşlı yapon diplomat AEBA-ya 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək AEBA baş direktoru vəzifəsini icra edirdi.

Artıq AEBA-nın mətbuat xidməti də məlumatı təsdiqləyib. 

İngilis versiyası IAEA chief dies aged 72

Son xəbərlər

Orphus sistemi