Yuxarı

Buxarestdə gecə klubunda ölənlərin sayı 51 nəfərə çatıb

Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir

Bakı. 12 noyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdəki “Clubul Colectiv” gecə klubunda oktyabrın 30-undan 31-inə keçən gecə baş vermiş yanğında ölənlərin sayı 51 nəfərə çatıb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ağır vəziyyətdə NATO-nun xüsusi təyyarəsi ilə Britaniyaya aparılan 18 yaşlı Vladut Roberto Endi ilə 19 yaşlı Elen Nitunu həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir.

Yanğından sonra Rumıniyanın müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi