Bakı. 7 fevral. REPORT.AZ/ Avropa İttifaqı və NATO ölkələri terrorçuları dəstəkləyərək Suriyanın bərpa edilməsi prosesində iştirak edə bilməzlər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bəşşər Əsəd Belçika KİV-inə müsahibəsində Suriyanın bərpa edilməsi prosesində Aİ və NATO-nun rolu barədə sualı cavablandırarkən bildirib.
"Belə rol oynamaq və eyni zamanda Suriyanı məhv etmək olmaz. Aİ lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları dəstəkləyir", - deyə B.Əsəd vurğulayıb.
Onun sözlərinə görə, Aİ və NATO münaqişənin başladığı vaxtdan "Cəbhat ən-Nüsra" və İŞİD radikal qruplaşmalarını dəstəkləyib.
"İlk növbədə onlar Suriyanın suverenliyi ilə bağlı aydın mövqe tutmalı, terrorçuları dəstəkləməyə son qoymalıdırlar. Bəlkə o zaman suriyalılar bu məsələdə bu ölkələrin iştirakını qəbul edə bilərlər", - deyə B.Əsəd əlavə edib.