Yuxarı

​Bəşşar Əsədin təyyarələri mülki vətəndaşları bombalayıb, 15 dinc sakin ölüb, 40-ı yaralanıb

Məlumata görə, təyyarələr rayonun bazar yerləşən ərazisini bombalayıb

Bakı. 7 mart. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı döyüş təyyarələrinin İdlib əyalətinin Əbu Zuhur rayonunu bombalaması nəticəsində 15 dinc sakin həyatını itirib, 40-ı isə yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli mülki müdafiə qüvvələrinin məsul şəxsləri bildirib.

Məlumata görə, təyyarələr rayonun bazar yerləşən ərazisini bombalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi