​Bəşər Əsədin əmisi oğlu həbs edilib

​Bəşər Əsədin əmisi oğlu həbs edilib O, polkovnikin qətlində şübhəli bilinir
Digər ölkələr
11 Avqust , 2015 10:59
​Bəşər Əsədin əmisi oğlu həbs edilib

Bakı. 11 avqust . REPORT.AZ/ Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd Suriyadakı rejimin təhlükəsizlik orqanı tərəfindən həbs edilib.

"Report" xəbər verir ki, bu haqda Suriyadakı "SANA" agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Süleyman Hilal Əsəd ötən həftə Lazkiye şəhərində qətlə yetirilən Bəşər Əsəd hökumətinə bağlı Hərbi Hava Qüvvələrinin polkovniki Həsən əl- Şeyxin ölümündə şübhəli bilinir.

Xəbərə görə, Bəşər Əsədin əmisi oğlu polkovniki ailəsinin gözü qarşısında güllələyib. Təhlükəsizlik qüvvələri Süleyman Hilal Əsədi bir neçə gün axtarıblar.

Son xəbərlər

Orphus sistemi