Bəşşar Əsədə sadiq hərbi qüvvələr Şərqi Gutanı tam nəzarətə götürüb

Bəşşar Əsədə sadiq hərbi qüvvələr Şərqi Gutanı tam nəzarətə götürüb Bakı. 12 aprel. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsədə sadiq hərbi qüvvələr Şərqi Gutanı tam nəzarətə götürüb.
Digər ölkələr
12 Aprel , 2018 09:34
Bəşşar Əsədə sadiq hərbi qüvvələr Şərqi Gutanı tam nəzarətə götürüb

Bakı. 12 aprel. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsədə sadiq hərbi qüvvələr Şərqi Gutanı tam nəzarətə götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Düşmən tərəflərin barışı üzrə mərkəzin rəisi general-mayor Yuri Yevteşenko bildirib.

Onun sözlərinə görə, Suriyanın dövlət bayrağı Duma şəhərinin dövlət binaları, bütövlükdə Şərqi Gutanın üzərində qaldırılıb.

Rusiya Suriyanın Duma şəhərində hərbi polis bölməsi yerləşdirib.

Qeyd edək ki, Şərqi Gutaya son illərdə müxalif “Ceyşü-İslam” qruplaşması nəzarət edirdi. Bu il fevralın sonundan Dumanı 41 mindən çox, Şərqi Gutanı isə 165 mindən çox sakin tərk edib. 250 nəfər girovluqda azad edilib.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi