Yuxarı
    Bağlamaq

    ​Bəşşar Əsədə məxsus Hərbi Hava Qüvvələrinin Hələbi bombardman etməsi nəticəsində 15 dinc sakin ölüb

    Ölənlər arasında qadınlar və uşaqlar da var

    Bakı. 30 may. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinin Hələb şəhərinin müxaliflərin nəzarətində olan ərazilərini bombalaması zamanı 15 mülki sakin ölüb, 24 nəfər yaralanıb.

    “Report”un məlumatına görə, bu haqda Hələbin Mülki Müdafiə İdarəsi məlumat yayıb. Məlumata görə, bombardmançı təyyarələr Saxur, Kəlləs və Firdevs rayonlarına güclü aviazərbələr endirib. Ölənlər arasında qadınlar və uşaqlar da var.

    Bombardmanlar zamanı yaşayış məskənlərinə böyük zərər dəyib, bir sıra evlər tamamilə dağıdılıb. Mülki müdafiə komandaları dağıntılar arasında qalmış yaralıların xilasetmə əməliyyatına və meyitlərin daşınmasına başlayıb.

    Qeyd edək ki, Bəşşar Əsədə məxsus hərbi birləşmələrin bombardmanları nəticəsində Hələbin infrastrukturu tamamilə dağıdılıb.

    Müxaliflərin olduğu ərazilərdə elektrik enerjisi və su çatışmazlığı mövcuddur. Sakinlər su quyularında və elektrik generatorlarından istifadə edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi