​Bəşşar Əsədə bağlı silahlılar türkmən kəndlərini atəşə tutub

​Bəşşar Əsədə bağlı silahlılar türkmən kəndlərini atəşə tutub Partlayış səsləri Türkiyənin Suriya ilə sərhəd rayonunda da eşidilib
Digər ölkələr
6 Aprel , 2015 13:12
​Bəşşar Əsədə bağlı silahlılar türkmən kəndlərini atəşə tutub

Bakı. 6 aprel. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd rejiminə bağlı hərbi güclər türkmənlərin dədə-baba yurdları olan Bayırbucaq əyalətinə basqın ediblər.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Belə ki, türkmənlərin yaşadığı Murtlu, Gebeli, Kepir və Gögdağ kəndləri hədəfə alınıb.

Məlumatda bildirilib ki, atəş və partlayış səsləri Türkiyənin Suriya ilə sərhəd rayonunda - Hatayda da eşidilib.

Xatırladaq ki, Bayırbucaq B.Əsəd hakimiyyəti müxalifətin nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi