​Bəşşar Əsədə bağlı hərbi helikopter qəzaya uğrayıb, pilotlar ölüb

​Bəşşar Əsədə bağlı hərbi helikopter qəzaya uğrayıb, pilotlar ölüb Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi istisna edilmir
Digər ölkələr
30 May , 2016 17:39
​Bəşşar Əsədə bağlı hərbi helikopter qəzaya uğrayıb, pilotlar ölüb

Bakı. 30 may. REPORT.AZ/ Suriyadakı Bəşşar Əsəd hakimiyyətinin Silahlı Qüvvələrinə aid helikopter Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kamışlı bölgəsində yerə düşüb.

"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində pilot və köməkçisi ölüb.

Helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi