​Bəşşar Əsəd silahlılarının türkmən kəndlərinə hücumu nəticəsində 2 nəfər həlak olub

​Bəşşar Əsəd silahlılarının türkmən kəndlərinə hücumu nəticəsində 2 nəfər həlak olub Hücum müxalifətin nəzarəti altında olan Saray kəndinə edilib
Digər ölkələr
25 May , 2015 14:09
​Bəşşar Əsəd silahlılarının türkmən kəndlərinə hücumu nəticəsində 2 nəfər həlak olub

Bakı. 25 may. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı silahlı qüvvələrinin Lazkiyə şəhəri ətrafında türkmənlərin yaşadığı Bayırbucaq rayonuna hücumu nəticəsində iki nəfər yerli sakin həlak olub, 4-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Suriya Türkmənləri Cəmiyyətinin təmsilçisi bidlirib ki, türkmən dağlarında yerləşən, müxalifətin nəzarəti altında olan Saray kəndinə Bəşşar Əsədin silahlı qüvvələri hücum edib. Müxalifətin cavab tədbiri nəticəsində hücum dəf olunub. 

Son xəbərlər

Orphus sistemi