​Bəşşar Əsəd Rusiyaya hərbi yardım üçün müraciət edib

​Bəşşar Əsəd Rusiyaya hərbi yardım üçün müraciət edib İvanov: "Suriya prezidenti hərbi yardım üçün ölkə rəhbərliyinə müraciət edib"
Digər ölkələr
30 Sentyabr , 2015 13:42
​Bəşşar Əsəd Rusiyaya hərbi yardım üçün müraciət edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Suriya prezidenti Bəşşar Əsəd hərbi yardım üçün Rusiyaya müraciət edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Suriya Ərəb Respublikasının Prezidenti hərbi yardımın edilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Beləliklə, deyə bilərik ki, biz səyləri birləşdirərək terrorizmlə mübarizə aparmalıyıq, lakin bu zaman beynəlxalq hüquq normalarına riayət olunmalıdır", - Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

Qeyd etmək lazımdır ki, bu gün Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinin xaricdə istifadə olunmasına yekdilliklə səs verib. Bu təklifi Federasiya Şurasına Rusiya prezidenti Vladimir Putin təqdim edib. 

Son xəbərlər

Orphus sistemi