Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib

Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq
Digər ölkələr
22 Noyabr , 2017 14:56
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Getty Images

Bakı. 22 noyabr. REPORT.AZ/ BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, təkliflər arasında Konstitusiyaya və seçki sisteminə dəyişiklik, həmçinin ümumi əfv də var.

Türkiyə, Rusiya və İran Suriyanın 7 illik yol xəritəsi layihəsini hazırlayıb. Bu layihənin 19 maddəsi ilə bağlı razılıq əldə olunub. Sənədin 2018-ci il yanvarın 15-də təkmilləşdiriləcəyini tərəflər razılaşdırıb.

Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin gələcəyi və ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir. 

Son xəbərlər

Orphus sistemi