Bəşşar Əsəd rejiminin qüvvələri Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edib

Bəşşar Əsəd rejiminin qüvvələri Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edib Nəticədə səkkiz dinc sakin həlak olub
Digər ölkələr
6 Yanvar , 2017 11:25
Bəşşar Əsəd rejiminin qüvvələri Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Suriyada Dəməşq şəhəri yaxınlığındakı Vadi-Barada vadisində Bəşşar Əsəd rejiminin qüvvələri xlor qazından istifadə edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, vadiyə qazlı çəllək bombalar atılıb. Nəticədə səkkiz dinc sakin həlak olub.

Məlumatda qeyd olunub ki, Hələb üzərində nəzarəti ələ alandan sonra B.Əsəd rejiminin qüvvələri güclərini Dəməşqin qərbindəki Vadi-Barada bölgəsinə yönəldib.

Əlavə edək ki, B.Əsəd qüvvələri buna qədər dəfələrlə kimyəvi silahdan istifadə etməkdə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi