Yuxarı

​Bəşşar Əsəd atəşkəsə qoşulduğunu bəyan edib

Silahlı münaqişədə iştirak edən təfərlər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir

Bakı. 23 fevral. REPORT.AZ/ Suriyadak rejimin başçısı Bəşşar Əsəd atəşkəs haqda anlaşmanı qəbul edib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Bəşşar Əsəd özü bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya Suriyada atəşkəs rejiminin fevralın 27-də başlaması haqda razılığa gəlib. Silahlı münaqişədə iştirak edən tərəflər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir. İŞİD və Ən-Nusra silahlı qruplaşmalarından başqa bütün tərəflərdən bu rejimə qoşulmaları haqda cavab gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi