Bəsrədə İran baş konsulluğunu yandırmaqda şübhəli bilinənlər saxlanılıblar

Bəsrədə İran baş konsulluğunu yandırmaqda şübhəli bilinənlər saxlanılıblar Bakı. 13 sentyabr. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri İranın Bəsrə şəhərindəki baş konsulluğunun yandırılmasında şübhəli bilinən bir neçə nəfəri saxlayıb.
Digər ölkələr
13 Sentyabr , 2018 11:58
Bəsrədə İran baş konsulluğunu yandırmaqda şübhəli bilinənlər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri İranın Bəsrə şəhərindəki baş konsulluğunun yandırılmasında şübhəli bilinən bir neçə nəfəri saxlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

İraq Müdafiə Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, saxlanılanların həmçinin cənub liman şəhərində digər hökumət binalarına hücumlarda da iştirak etməsi ehtimalı var.

Hazırda araşdırma aparılır və yanğının kimin sifarişi ilə törədildiyi müəyyənləşdirilir.

Qeyd edək ki, sentyabrın 7-də hökumət əleyhinə aksiyaların yüzlərlə iştirakçısı İranın Bəsrədəki diplomatik nümayəndəliyinə soxularaq yanğınlar törədib, nəticədə bina yanıb və qismən dağılıb. Rəsmi Tehran hücumu pisləyib və rəsmi Bağdaddan təqsirkarların cəzalandırılmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi