​Bəşər Əsədin tabeliyindəki Hərbi Hava Qüvvələri Sahurda bazara aviasiya zərbəsi endirib - 10 ölü

​Bəşər Əsədin tabeliyindəki Hərbi Hava Qüvvələri Sahurda bazara aviasiya zərbəsi endirib - 10 ölü Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.
Digər ölkələr
24 Aprel , 2016 18:13
​Bəşər Əsədin tabeliyindəki Hərbi Hava Qüvvələri Sahurda bazara aviasiya zərbəsi endirib - 10 ölü

Bakı. 24 aprel. REPORT.AZ/Bəşər Əsəd rejiminə məxsus Hərbi Hava Qüvvələrləri Suriya müxalifətin nəzarəti altında Aleppo şəhərinin Sahur rayonundakı bazara hava zərbələri endirib. Bombardman nəticəsində 10 nəfər həlak olub, 30 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Suriya mətbuatı məlumat yayıb. Məlumata görə, hava zərbəsi nəticəsində həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Yaralılar səhra hospitallarına çatdırılıb. Bəşər Əsədin tabeliyində olan döyüş aviasiyası həmçinin Alepponun başqa ərazilərə də hava zərbələri endirib. 

Son xəbərlər

Orphus sistemi