Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb

Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb Həyata keçirilən əməliyyat sayəsində Suriya ordusu Fərat çayının cənub sahilinə çıxa bilib
Digər ölkələr
23 İyul , 2017 04:13
Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb
Courtesy İmage

Bakı. 23 iyul. REPORT.AZ/ Suriya ordusu Fərat çayına qədər olan əraziləri İŞİD yaraqlılarından azad edib.

"Report"un məlumatına görə, Raqqa şəhərindən şərqdə yerləşən Əs-Sabhi və Cəlilə məntəqələri İŞİD-dən azad edilib.

Həyata keçirilən əməliyyat sayəsində Suriya ordusu Fərat çayının cənub sahilinə çıxa bilib.

Azad edilən Əs-Sabhi və Cəlilə məntəqələri bu yaxınlarda sökumət qüvvələrinin əlinə keçən Sabhavi qaz yatağının yaxınlığındadır. 

Son xəbərlər

Orphus sistemi